Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin nümayəndələri ilə görüşüb.
Görüşdə mədəni irsin qorunması, bərpası və ölkəmizdə tarixi abidələrin bərpası üzrə laboratoriyanın yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik səmimi qəbula görə təşəkkür edərək, mədəni irslə bağlı birgə layihələrin uğurla davam etdiriləcəyinə əminliyini bildirib.





















