Fevralın 12-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kino və teatr aktrisası Amaliya Pənahovanın (1945–2018) 80 illik yubileyinə həsr olunmuş xatirə axşamı keçirilib.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin təqdimatı olub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Amaliya Pənahovanın kino və dublyaj fəaliyyəti haqqında geniş məlumat verib.
Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalidə Quliyeva, Firəngiz Mütəllimova, Əməkdar artistlər Suğra Bağırzadə, Firdovsi Atakişiyev, Hüsniyyə Mürvətova görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər.
Amaliya Pənahovanın yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda aktrisanın qızı Aynur Muxtarova çıxış edib, tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirib.

























