Şuşa Dövlət Musiqili Dram Teatrında fransız yazıçı-dramaturqu Rober Tomanın (Robert Thomas; 1927–1989) “Tələ” pyesi (əsərin orijinalda adı: "Tənha kişi üçün tələ" – "Piège pour un homme seul") əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.
Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Rolları Rasəf Mehdiyev, Vüsal Məmmədov, Aybəniz Cahangirova, Sevinc Ağayeva, Türkay Cəfərli, Nihat Heybətov, Orxan Abışov, Sahib İbrahimov, Gülarə Məmmədova, Rəhimə Məmmədova, Səyyar Rüstəm, Gündüz Qasımov canlandırıblar.
Rober Tomanın dedektiv janrda yazdığı pyesdə arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs olunur.

























