Gəncə Dövlət Kukla Teatrı balaca tamaşaçıları növbəti səhnə əsəri ilə sevindirib.

Fevralın 7-də teatrda Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri" əsəri əsasında kukla tamaşası nümayiş etdirilib.

Balacaları güldürən, düşündürən və əyləndirən tamaşanın quruluşçu rejissoru Mahirə Haqverdiyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Anar Əsgərovdur.

Maraqlı süjeti olan səhnə əsəri uşaqlara zəngin təəssürat bəxş edib.