AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən 25 may 2026-cı ildə “Türkoloji qurultaydan bu günə: əlyazmaşünaslığın inkişaf problemləri” adlı Respublika elmi-nəzəri konfrans keçiriləcək.

İnstitutdan verilən məlumata görə, Türkdilli əlyazmaların və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkil etdiyi konfrans Birinci Türkoloji Qurultayın (1926) 100 illik yubileyinə həsr olunub.

Konfransda bu bölmələr üzrə məruzə və çıxışlar olacaq:

Türkoloji qurultayın tarixi və elmi irsi;

Əlyazmalar, mətnşünaslıq və mənbəşünaslıq;

Filologiya məsələləri;

Türk tarixi mədəniyyəti və etnologiyası;

Türk dillərinin tarixi və müasir problemləri.

İştirakla bağlı məlumat və məqalə elektron formada 20.04.2026-cı ildən gec olmayaraq aşağıdakı e-mail ünvanına göndərilməlidir:

turkoloji100@gmail.com

Elmi-nəzəri konfrans haqqında ətraflı məlumatı Əlyazmalar İnstitutunun saytında əldə etmək olar.

***

20 aprel 2026-cı il tarixində isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın Xalq şairi Səməd Vurğunun (1906–1956) 120 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda Respublika elmi-nəzəri konfransı keçiriləcək.

İnstitutundan bildirilib ki, konfransda iştirak üçün məruzələrin mətni 18 mart tarixinədək qəbul olunur.

Məruzə mətnləri semedvurgun120@gmail.com elektron ünvanına göndərilməlidir.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26; Tel: (+994) 0505417884

Mətnlərin qəbulu haqqında məlumat 5-10 aprel tarixlərində veriləcək.

Ətraflı məlumat Əlyazmalar İnstitutunda saytında.