Fevralın 3-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
DTA-dan bildirilib ki, görüşdə turizm üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Səfir Azərbaycan turizm sənayesini təmsil edən bir neçə nəfərlik heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil olunacağı barədə məlumat verib.
Həmçinin o, Fuad Nağıyevi aprelin 27-dən 30-dək Akapulko şəhərində keçiriləcək Latın Amerikası regionunun ən böyük və nüfuzlu sərgilərindən olan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak etməyə dəvət edib.
DTA sədri öz növbəsində Azərbaycan tərəfinin Meksikanın aparıcı bloger və media nümayəndələrinin ölkəmizə tanışlıq səfərinin keçirilməsinə hazır olduğunu qeyd edib.
Görüşdə BMT Turizm və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.



















