Ötən il Azərbaycanda ikinci dəfə keçirilmiş Uşaq İncəsənət Festivalında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki musiqi və incəsənət məktəblərinin şagirdləri də uğurla iştirak etmişdilər.
Regional idarənin təşkilatçılığı ilə Gəncə şəhərində festival qaliblərinin konsert proqramı keçirilib.
Bu baradə Gəncə-Daşkəsən RMİ-dən məlumat verilib.
Uşaq İncəsənət Festivalında müxtəlif nominasiyalar üzrə fərqlənmiş şagirdlər konsertdə musiqi nömrələri, səhnəciklər təqdim ediblər.
Tədbirin sonunda Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədov tərəfindən festivalın qaliblərinə təşəkkürnamələr təqdim olunub. İdarə rəisi gənc istedadlara yeni uğurlar arzulayıb.






















