Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında musiqisevərlər üçün nostalji dolu retro gecə keçirilib.

Mahnı Teatrından bildirilib ki, “80-ci illərin hit mahnıları” adlı proqramda dövrün yaddaşlara həkk olunmuş mahnıları sevilən müğənnilərin ifasında səsləndirilib.

Konsertdə solistlər Gülyaz Məmmədova, Heydər Anatollu, İlhamə Qasımova, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Mədinə Kazımova, Fəxri Kazım Nicat, Rövşən Qəhramanov, Taleh Yəhyayev, Könül Məmmədova, Leyla Babayeva, Aysel Hüseynzadə, Səttar Qəmbərov və Rasim Səfər çıxış ediblər.

Müğənniləri instrumental ansambl müşayiət edib.