Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının növbəti konserti yanvarın 27-də təqdim olunub.
BMM-dən bildirilib ki, konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. İfaçılıq ənənələrinin yaşadılması və növbəti nəsillərə ötürülməsinə, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə sənətsevərlərin görüşünə gəlir.
Proqramda tar, kamança, saz və qanun alətlərində ifalar təqdim olunub.
Konsertdə Əməkdar artist Fəridə Məlikova və tələbələri, Əməkdar artist İlham Nəcəfov və tələbələri, ifaçılar Ramin Rzayev, Rüfət Həsənov, Natəvan Həsənova, Mirhüseyn Əsədullayev, Məhta Məhəmmədəlizadə, Aygül Qədirova, Qəlbinur İbarhimli, Vaqif Təhməzov, Mirnofəl Həsənov çıxış ediblər.
İfaçıları Svetlana Əhmədova, Rəna Zəkiyeva, Lalə Əhmədova, Orxan Sultanov, Eldar Zərbəliyev, Ruhulla Dadaşov, Vəfadar Ramizzadə müşayiət edib.
Tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanan layihənin növbəti konserti 23 fevral tarixində reallaşacaq.






















