Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.

Görüşdə nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.

Söhbət zamanı iki ölkənin mədəni əməkdaşlığının inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.