Tarixdəki olaylar

 

30 yanvar 1933 – Almaniya Reyxstaqında (parlament) sayca üçüncü fraksiyaya malik olan Nasional-Sosialist Partiyasının lideri Adolf Hitler Prezident Petr Qindenburq tərəfindən Reyxskansler (Baş nazir) təyin olunub. Bu, Hitlerin de-fakto hakimiyyətə gəlişi idi. Bir il sonra Qindenburq vəfat etdi və Hitler qanunla prezidentlik institutunu ləğv etdi. Almaniyada faşist diktaturası bərqərar oldu.

 

30 yanvar 1992 – Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1994-cü ildən ATƏT adlanır) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan və Ermənistan quruma üzv qəbul olunub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

30 yanvar 1720 – İtalyan rəssam, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720 – 17.11.1780) anadan olub.

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

 

30 yanvar 1923 – SSRİ Xalq artisti, kinorejissor Leonid Qayday (1923 – 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) müəllifidir.

 

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928 – 17.11.2006) anadan olub.

 

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

 

30 yanvar 1936 – Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) Lənkəranda anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

 

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

 

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

 

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

30 yanvar 2025 – Amerikalı aktyor, “Oskar” mükafatçısı Yucin Hekmen (Eugene Allen Hackman; 1930 – 18.2.2025) anadan olub.

 

Hazırladı: Vüqar Orxan