Qusar Dövlət Ləzgi Dram Teatrının şimal rayonlarına qastrol səfərləri başlanıb.

Teatrın direktoru Faiq Qardaşov bildirib ki, kollektiv yanvarın 27-də Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində sənətsevərlərə Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşasını təqdim edib.

Tamaşa yanvarın 28-də Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində, yanvarın 29-da isə Şabran rayon Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudovadır.

Rolları Lalə Qurbanova, Həsrət Nəsrullayev, Yeganə Kərimova, Yalçın Qaraxanov, Kəmalə Səfərova, Tacir Şahbazov, Tofiq Mustafayev, Bağır Əhmədov və Vadim Abbasov ifa edirlər.