Tarixdəki olaylar

 

27 yanvar 1904 – Rusiya-Yaponiya müharibəsi başlanıb. İki il sürən müharibədə Rusiya məğlub olub və Uzaq Şərqdəki strateji Port-Artur limanını itirib.

 

27 yanvar 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Bakı Teatr Texnikumunun – Şərqdə ilk teatr məktəbinin təşkili barədə qərar qəbul edib.

 

27 yanvar 2003 – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilib. İlk dəfə Azərbaycanın nümayəndəsi mötəbər beynəlxalq qurumun rəhbərliyində təmsil olunub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 yanvar 1756 – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart; 1756 – 5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yаşındа musiqi bəstələməyə bаşlаyıb. Almаn dilində ilk оpеrаnın (“Hərəmхаnаdаn qаçırılmа”), müхtəlif аlətlərlə оrkеstr üçün 40-а yахın əsərin müəllifidir.

 

27 yanvar 1775 – Alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling; 1775 – 20.8.1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806 – 26.8.1861) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım” povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

 

27 yanvar 1832 – İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll – əsl adı Charles Lutwidge Dodgson; 1832 – 14.1.1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa Möcüzələr ölkəsində”, “Alisa Əyri güzgülər ölkəsində”) müəllifidir.

 

27 yanvar 1906 – Əməkdar elm xadimi, görkəmli tarixçi Sara Balabəy qızı Aşurbəyli (1906 – 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Boyakarlıq əsərlərinin müəllifi kimi də tanınıb, Rəssamlar İttifaqının üzvü olub.

 

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 – 7.9.1990) anadan olub.

 

27 yanvar 1932 – Əməkdar artist, tanınmış nağara ifaçısı Çingiz Həsənbala oğlu Mehdiyev (1932-1992) Bakıda anadan olub.

 

27 yanvar 1939 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (1939 – 14.9.2017) Qazax rayonunda doğulub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

 

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.5.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

 

27 yanvar 2014 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (2.7.1953 – 2014) vəfat edib. “Dan ulduzu” ansamblının solisti, “Laçın” instrumental ansamblının rəhbəri olub.

 

27 yanvar 2022 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (18.12.1954 – 2022) vəfat edib. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib. 

 

Hazırladı: Vüqar Orxan