Salyan Dövlət Kukla Teatrı 2026-cı ildə də tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gəlir.
Teatrın yaydığı məlumata görə, fevral ayının repertuarında beş tamaşa var:
R.Tohidoğlu – “Dəcəl uşaqlar” (1 fevral)
Azərbaycan xalq nağılı – “Tıq-tıq xanım” (8 fevral)
İ.Coşqun – “Tənbəl dovşan” (15 fevral)
A.Lindqren – “Uzuncorab Peppi” (21 fevral)
Azərbaycan xalq nağılı – “Cırtdan” (28 fevral)
Tamaşalar saat 13:00-da başlanır.
Yaradıcı kollektiv il ərzində repertuarı yeni əsərlərlə zənginləşdirməyi, eləcə də yerli teatrsevərlərlə yanaşı, ölkəmizin müxtəlif bölgələrində tamaşaçılar qarşısına çıxmağı planlaşdırır.
Xatırladaq ki, Salyan Dövlət Kukla Teatrı ötən ilin dekabrında “Uzuncorab Peppi” tamaşası ilə Oğuz rayonunda qastrolda olmuşdu.
Bu il yanvar ayının son həftəsində isə kollektiv Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə – Biləsuvar (27 yanvar), Hacıqabul (28 yanvar), Şirvan (29 yanvar) və Neftçalada (31 yanvar) tamaşalar göstərəcək.






















