Beynəlxalq Muğam Mərkəzi (BMM) gənc xanəndələrin yetişməsi və muğam sənətinin təbliği istiqamətində mütəmadi olaraq layihələr və konsertlər təşkil edir.

Gənclər günü münasibətilə ənənəvi muğam konsertlərinin keçirilməsi də gənc ifaçıların yaradıcılıq imkanlarının stimullaşdırılmasına töhfədir.

Bu barədə BMM-dən məlumat verilib.

Bildirilib ki, 2 fevral – Gənclər Gününə həsr olunan budəfəki konsertdə “Muğam” televiziya müsabiqəsinin laureatları Ülkər Abdullayeva, Dəniz Abbasova, Ədilə Əliyeva, Nuray Hacızadə,Vəliş Mirzəyev, Vüqar Əbilov, Daşqın Kürçaylı və Rəis Niftəliyev çıxış edəcəklər.

Gənc xanəndələri Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun), Rəfael Əsgərov (balaban) və Siyavuş Kərimov (nağara) müşayiət edəcəklər.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.