Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktyor Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olunub.


Bu barədə teatrından məlumat verilib.

Teatrın direktoru Naidə İsmayılzadə aktyoru yubileyi münasibətilə təbrik edib, onun həyat və yaradıcılığı, teatr və kino sənətində xidmətləri barədə danışıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini Xalq artisti İlham Namiq Kamal, yubilyarın Gənc Tamaşaçılar Teatrındakı sənət yoldaşları – Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Elnur Hüseynov, aktrisa Zemfira Əbdülsəmədova, eləcə də yaxın dostu Ruslan Şeydayev çıxış edərək Ədalət Əbdülsəmədin fəaliyyətindən söz açıblar.

Ədalət Əbdülsəmədə ATXİ-nin “Teatr fədaisi” medalı təqdim olunub.

Sonra aktyorun yubileyi münasibətilə “Solğun çiçəklər” (Cəfər Cabbarlı) tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, Səbinə Məmmədzadənin quruluşunda hazırlanan tamaşada Ədalət Əbdülsəməd Əbdül obrazını cablandırır.