20 yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub.

***

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbi və S.Vurğun adına Folklor evi 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar birgə tədbir keçirib. Tədbirdə şəhidlik zirvəsini əks etdirən şeir və musiqi kompozisiyaları təqdim edilib.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində də Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvarın 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

​Çıxış edənlər 1990-cı ilin yanvarında Sovet Ordusu tərəfindən Bakıda törədilən qanlı qırğının xalqımızın azadlıq səsini boğa bilmədiyini, əksinə, müstəqilliyə gedən yolu daha da yaxınlaşdırdığını vurğulayıblar. Qeyd olunub ki, 20 Yanvar Azərbaycanın yeni tarixində milli hüzn, eyni zamanda milli qürur günüdür.

***

Qax rayon Heydər Əliyev Mərkəzi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada 20 Yanvarın Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı olduğu vurğulanıb.