Bülbülün Memorial Muzeyi Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyası ilə birgə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx hazırlayıb.

Videoçarxda gimnaziyanın 9-cu sinif şagirdi Məhəmməd Quluzadə (müəllim Şəfiqə Məmmədova) skripkada görkəmli bəstəkar Azər Rzayevin "Violin və orkestr üçün 1 saylı konsert”in 2-ci hissəsini ifa edib.  

İfaçını fortepianoda Züleyxa Usubova müşayiət edib.

Layihə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın, milli yaddaşın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin nümunəsi olaraq ərsəyə gətirilib.

Videoçarxın operatoru Kənan Vəliyevdir.