Mingəçevir Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhnə əsəri hazırlanıb.

“Şahidlər” adlı tamaşa-kompozisiyaya rejissor Cavid Təvəkkül quruluş verib. İkinci rejissor İbrahim Türksoy, səhnə tərtibatçısı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır.

Yanvarın 20-də nümayiş etdiriləcək səhnə işi "Qanlı Yanvar”ın yaddaşımıza həm kədər, həm də qürur günü kimi həkk olunmasından, şəhidlərimizin qanı ilə yazılan bu tarixin xalqımızın azadlıq mübarizəsinin rəmzinə çevrilməsindən bəhs edir.