Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xorun “Sən güldən də gözəlsən” adlı konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan bəstəkarlarının sevilən mahnıları xor ifasında səsləndirilib.
Proqramda yer alan əsərlərin əksəriyyəti C.Cahangirov adına Xorun bədii rəhbəri Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifova tərəfindən işlənilib, bir qismi isə redaktə olunaraq müasir xor tələblərinə uyğunlaşdırılıb.
Konsertdə həmçinin Xalq artisti Mehriban Zəki (bədii qiraət), eləcə də solo ifalarla Nəzakət Əliyeva, Zeynəb Nəcəfova, Aydan Hüseynzadə, Mədinə Səlimova, Ülkər Rüstəmova, Nurdan, Xəyal Qasımov, Rəvan Qacayev, Nihad Orucov, Məhəmməd İsmayıl Əliyev, Pərvin Səfərov, Elmin İbrahimov, Hüseyn Əliyev, Riyad Eyvazov və Orxan Nuriyev çıxış ediblər.
İfaçıları fortepianoda Əməkdar artist Nərgiz Əliyeva (konsertmeyster) və Arif Ağayev müşayiət ediblər.
Yüksək ifa peşəkarlığı, əsərlərin emosional dərinliyi və ahəngdar səslənişi konsertə xüsusi ovqat qatıb. Proqram alqışlarla qarşılanıb.

























