AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Tarixi-ricali-İran (İranın dövlət xadimləri) əsərində azərbaycanlı ictimai-siyasi xadimlər” kitabı nəşr olunub.

Kitabı institutun şöbə müdiri dosent Tahirə Həsənzadə fars dilindən tərcümə edərək nəşrə hazırlayıb. Kitabda yer alan geniş ön sözün müəllifi və göstəricilərin tərtibçisi də T.Həsənzadədir.

Əlyazmalar İnstitutundan verilən məlumatda bildirilir ki, kitabda qəzvinli alim Mehdi Bamdadın altıcildlik “Tarixi-ricali-İran” əsərində adı keçən, XVIII-XX əsrlərdə İranda yaşamış tanınmış Azərbaycan türkləri – ümumilikdə 766 nəfər diplomat, hərbçi, həkim və digər ictimai-siyasi xadimlər haqqında bəhs olunur.

Kitab tarixçilər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin baş elmi məsləhətçisi institutun direktoru akademik Teymur Kərimli, elmi redaktoru və rəyçisi Milli Məclisin deputatı professor Anar İsgəndərov, kompüter icraçıları institutun əməkdaşları Fatimə Qəhrəmanova, Səba Verdiyeva, Gülnar Gəncəliyeva və Pəri Məmmədovadır.