Tarixdəki olaylar
5 yanvar 1930 – Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda repressiyalarla, on minlərlə insanın qolçomaq adı altında sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-də dəhşətli aclıqdan yüz minlərlə insan öldü.
5 yanvar 1991 – Bakıdakı Dağüstü mədəniyyət və istirahət parkında (indiki Şəhidlər xiyabanının ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M.Kirovun heykəli sökülüb. Yarım əsrə yaxın burada “qərar tutan” abidə Azərbaycanda sosializmin təntənəsini təcəssüm etdirirdi. Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi "texniki səbəb" – ərazinin sürüşmə zonasında olması göstərilmişdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi və simvolları ilə vidalaşmasına işarə idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 – 1.4.1954) Şuşada doğulub. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub.
5 yanvar 1887 – Əməkdar incəsənət xadimi, tarzən Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub.
5 yanvar 1910 – Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 – 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca əsərlərini dilimizə tərcümə edib.
5 yanvar 1921 – İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921 – 14.12.1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” (romanlar), “Yaşlı xanımın gəlişi” (pyes) və s.
5 yanvar 1924 – Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub.
5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanları, "Qızburunda tək məzar" povesti və s. əsərlərin müəllifidir.
5 yanvar 1927 – Yazıçı, tərcüməçi, şair Vidadi Yusif oğlu Babanlı (1927 – 16.8.2025) Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. Əsərləri: “Təbrizdə bir gecə” (poema), “Gəlin”, “Həyat bizi sınayır” (povestlər), “Vicdan susanda”, “Müqəddəs ocaq” (romanlar) və s.
5 yanvar 1932 – İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 – 20.2.2016) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü” elmi tədqiqatı və s.
5 yanvar 1946 – Amerikalı aktrisa, “Oskar” mükafatçısı Dayan Kiton (Diane Keaton; 1946 – 5.1.2025) anadan olub.
5 yanvar 1948 – Əməkdar mədəniyyət işçisi Fərhad Ağa Səlim oğlu Babayev (1948 – 2.10.2023) Bakıda anadan olub. Uzun illər Heydər Əliyev Sarayının direktoru işləyib.
5 yanvar 2024 – Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Müzəffər qızı Şükürlü (20.3.1962 – 2024) vəfat edib.
5 yanvar 2025 – Kinoaktyor Azər Baxşəliyev (3.7.1985 – 2025) vəfat edib.
Hazırladı: Vüqar Orxan
























