Dekabrın 30-da Şəmkir rayon Mədəniyyət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Şəmkir rayonu üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) birgə təşkilatçılığı ilə gerçəkləşib.
İstedadlı uşaqlar tərəfindən müxtəlif musiqi və rəqs nömrələri nümayiş etdirilib, müğənnilərin ifasında Həmrəylik Günü və Yeni il ab-havasını əks etdirən proqram təqdim olunub.
Tədbirin sonunda MİHİ tərəfindən uşaqlara bayram hədiyyələri verilib.
***
Şəmkirin mədəniyyət müəssisələri ümumrayon miqyaslı rayon bayram tədbirində də fəal iştirak edib.
Tədbirin bədii hissəsi Şəmkir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb. İnstrumental ansambl, uşaq rəqs kollektivi, müğənnilər və musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında bayram əhval-ruhiyyəli musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib.


























