Tovuz rayon Düz Qırıqlı kənd Musiqi məktəbində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Həmrəy olaq – bir olaq!” başlıqlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edib.

Məktəbin direktoru Xəyal Nağıyev Həmrəylik Gününün tarixi barədə söz açıb, tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb, tədbirdə iştirakına görə valideynlərə minnətdarlığını bildirib.

Tədbirin davamında Yeni ilin rəmzi olan Şaxta baba və Qar qız iştirakçıları salamlayıb.

Məktəbin müəllim və şagird kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.

Tədrisdə fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar təqdim olunub.