Qazax Dövlət Rəsm Qalereyası (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) dekabrın 25-də "Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü" başlığı altında tədbir təşkil edib.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə qalereyanın direktoru Münəvvər Xəlilova, rəssam Yusif Əliyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, artıq beşinci ildir, Azərbaycan vətəndaşları, eləcə də müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü tarixi Zəfərimizin bəxş etdiyi ruh yüksəkliyi içində, böyük coşqu ilə qeyd edirlər.

Bu bayram bizi birləşdirən ən böyük dəyərlərdən biridir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Sonra qalereyanın dərnək üzvləri olan uşaqların Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramına həsr edilən əl işlərinə baxış keçirilib.