Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi və 36 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Milli həmrəylik: birlikdən doğan güc” adlı tədbir keçirilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirdə rəsmilər, mədəniyyət işçiləri,  idarə və müəssisələrin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev milli həmrəyliyi Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi dəyərləndirib, xalq-dövlət birliyinin ölkənin inkişafında həlledici rol oynadığını daim vurğulayıb. Onun müəyyənləşdirdiyi milli birlik siyasəti cəmiyyətdə sabitliyin, qarşılıqlı etimadın və dövlət maraqlarının təmin olunmasına xidmət edib. Bu strateji xətt bu gün də uğurla davam etdirilir və milli həmrəylik Azərbaycanın gücünün, müstəqilliyinin və davamlı inkişafının əsas təminatçısı olaraq qalır.

Bədii hissədə musiqi məktəbinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.

Sonda tədbir iştirakçıları Ümummilli Liderin zəngin dövlətçilik irsini əks etdirən ekspozisiya ilə tanış olublar.