Tarixdəki olaylar

 

20 dekabr 1991 – Keçmiş SSRİ respublikalarından birinci olaraq Litva Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə dörd il sonra, 1995-ci il noyabrın 20-də quruldu.

 

20 dekabr 1993 – Parisdə rəsmi səfərdə olan Prezident Heydər Əliyev Azərbaycan Respublikasının ATƏM-in (1995-ci ildən ATƏT) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb. Avropada yeni geosiyasi reallıqları əks etdirən sənəd 1990-cı ildə ATƏM-in Paris sammitində qəbul olunmuşdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873 – 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin himni (“İstiqlal marşı”), “Çanakkala şəhidlərinə” poetik dastan, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

 

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.

 

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 – 6.7.1995) anadan olub. Kitabları bir çox xarici dillərə çevrilib, o cümlədən hələ sovet dövründə Azərbaycanda çap olunub.

 

20 dekabr 1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939–2011) anadan olub.

 

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib.

 

20 dekabr 2021– Əməkdar artist Elşən Şıxəli oğlu Şirəliyev (2.10.1962 – 2021) vəfat edib. Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

 

20 dekabr 2024 – Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev (8.9.1928 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan