Salyan Dövlət Kukla Teatrı dekabrın 28-də Oğuz rayonunda balaca tamaşaçıların qonağı olacaq.
Yaradıcı kollektiv İsveç yazıçısı Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşanı rayonun Mədəniyyət Mərkəzində göstərəcək.
İki seansda – saat 14:00 və 16:00-da nümayiş olunacaq səhnə əsəri uşaqları sevimli ədəbi qəhrəmanları ilə görüşdürərək onlara Yeni il bayramı münasibətilə sənət hədiyyəsi olacaq.
Bayram şənliyində Şaxta baba da səhnəyə çıxaraq uşaqları təbrik edəcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatr və konsert kollektivlərinin ölkədaxili qastrol səfərləri həyata keçirilir.
Salyan Dövlət Kukla Teatrının Oğuz Mədəniyyət Mərkəzində tamaşası Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təqdim ediləcək.



















