Dekabrın 18-də Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun (1935–1998) "Simurq quşu" hekayəsi əsasında hazırlanan tamaşanın nümayişi olub. Səhnə əsəri ədibin 90 illik yubileyi münasibətilə ərsəyə gəlib.

"Simurq quşu" hekayəsini teatrın əməkdaşı Hikmət Orhun səhnələşdirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti gülüstan Mustafayevadır.

Rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov canlandırıblar.

Tamaşanı Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının nümayəndələri, yerli sənətsevərlər maraqla izləyiblər.

Yeni səhnə əsəri Xalq yazıçısı Yusif Səmədoğlunun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunan yubileyinə Qazax teatrının töhfəsidir.