İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dahi liderin izi ilə” adlı rəsm müsabiqəsi (10 dekabr) keçirilib.
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş müsabiqə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi ilə birgə təşkil edilib.
Şəhər və kənd məktəbləri şagirdlərinin iştirak etdiyi müsabiqə həm yaradıcı mühit, həm də milli-mənəvi dəyərlərin təbliği baxımından platforma yaradıb.
Uşaqların əl işləri münsiflər tərəfindən peşəkarlıqla qiymətləndirilib.
Nəticələrə əsasən, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nərmin I yerə, N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Vahablı Sənan II yerə, İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Mitəlova Mehriban III yerə layiq görülüb.
Qaliblər diplomla təltif olunub. Müsabiqə iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.






















