Lənkəran Dövlət Dram Teatrının kollektivi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə maraqlı və əyləncəli proqramla Lənkəran şəhər internat tipli xüsusi ümumtəhsil məktəbində şagirdlərin qonağı olub.

Bu barədə teatrdan məlumat verilib.

“Möcüzə uşaqlar” adlı proqram Lənkəran Dövlət Dram Teatrının və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Teatrın əməkdaşları uşaqlarla xoş ünsiyyət qurub və bu əlamətdar gündə onlara unudulmaz anlar yaşadıblar.

Fiziki və inkişaf məhdudiyyətli uşaqların sosial müdafiəsi, təhsili, reabilitasiyası və cəmiyyətə inteqrasiyası Azərbaycan dövləti üçün prioritet vəzifələrdəndir. Bu kateqoriyadan olan şəxslərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar, dövlət proqramları və xüsusi qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Bu görüş həm uşaqlar üçün, həm də Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün xüsusi mənəvi məna kəsb edib. Unudulmaz anlar, birlikdə keçən xoş dəqiqələr və uşaqların səmimi təbəssümü bir daha göstərib ki, onların yanında olmaq, sevincinə sevinc qatmaq hər birimizin borcudur.