Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli dekabrın 19-da saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) vətəndaş qəbulu keçirəcək.

Nazir Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından vətəndaşların müraciətini dinləyəcək.

Vətəndaşlar dekabrın 15-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.