21-23 noyabr tarixlərində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində IV Gəncə Kitab Sərgisi keçirilib. 

Ənənəvi sərgi Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə gerçəkləşib.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, sərginin açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda sərginin əhəmiyyəti vurğulanıb, layihənin Gəncə şəhərindən və ətraf rayonlardan kitabsevərləri bir araya gətirdiyi bildirilib.

Sərgi çərçivəsində müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim olunub, müəlliflərlə görüşlər keçirilib.