Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmiz ilk dəfə Vyana Beynəlxalq Kitab Sərgisində (Buch Wien 2025) təmsil olunur.
Avstriya Kitab Ticarəti Baş Assosiasiyası tərəfindən təşkil edilən noyabrın 12-də başlanıb.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin nümayəndələrindən ibarət heyət iştirak edir.
"Messe Wien" sərgi mərkəzində qurulan Azərbaycan stendində müxtəlif mövzularda 130 adda kitab təqdim olunur.
Avropanın aparıcı kitab sərgilərindən olan "Buch Wien" noyabrın 16-dək davam edəcək.
























