Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli  Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

Noyabrın 28-də saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti)  keçiriləcək qəbulda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdıracaqlar.

Vətəndaşlar noyabrın 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.