Tarixdəki olaylar
11 noyabr 1918 – Birinci Dünya müharibəsi başa çatıb. Almaniyanın kapitulyasiyasına dair “Kompen sülhü” imzalanıb. Fransadakı Kompen meşəsində dəmir yolu vaqonunda müharibənin qalibləri – Fransa, Britaniya, ABŞ və digər müttəfiq dövlətlərin diktəsi altında imzalanan sazişə əsasən, Almaniya müharibə zamanı tutduğu bütün əraziləri azad etməli, ordudan məhrum edilməli idi. 1919-cu ildə Versal sülhü müharibənin yekunlarını rəsmiləşdirdi.
11 noyabr 1948 – Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 noyabr 1821 – Rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (1821 – 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.
11 noyabr 1907 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 – 31.8.1976) Aşqabadda doğulub. Əslən Bakının Əmircan kəndindəndir. 1920-ci ildə ailəlisi Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, pyeslər yazıb.
11 noyabr 1921 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə Cənubi Azərbaycana köçüb, milli hərəkata qoşulub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir.
11 noyabr 1934 – Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 26.1.2008) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. “Muğam teatrı”nın yaradıcısı (1988) olub, çoxsaylı gənc ifaçılar yetişdirib.
11 noyabr 1944 – Türk aktyoru Kamal Sunal (1944 – 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə əksəriyyəti komik rollar olan xarakterik obrazlar yaradıb.
11 noyabr 1951 – Xalq artisti, aktyor, rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadə (19.8.1901 – 1951) vəfat edib. İlk milli baletin – “Qız qalası”nın librettosunu yazıb. Filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan























