Tarixdəki olaylar

 

9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar verib. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Cümhuriyyətin bayrağı yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.

 

9 noyabr 1989 – Almaniyanın iki yerə (Qərbi və Şərqi Almaniya) bölünməsinin simvolu olan “Berlin divarı”nın uçurulması başlanıb. 1961-ci ildə SSRİ rəhbərliyinin qərarı ilə inşa edilən “Berlin divarı”nın uzunluğu 155 kilometr idi.

 

9 noyabr 1991 – Azərbaycanın Respublikasının dövlət müstəqilliyi ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.

 

9 noyabr 2001 – Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı başlanıb. Qurultayda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 noyabr 1818 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 – 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə” (romanlar), “Ovçunun qeydləri” hekayələr toplusu və s.

 

9 noyabr 1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda doğulub. Rəngkarlıqla yanaşı, qrafika ustası kimi də tanınıb, bədii əsərlərə illüstrasiyalar çəkib.

 

9 noyabr 1929 – Yəhudi əsilli macar yazıçısı, Nobel mükafatı laureatı (2002) İmre Kertes (1929 – 31.3.2016) anadan olub.

 

9 noyabr 1973 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 –1973) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

9 noyabr 1994 – Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918 – 1994) vəfat edib. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

 

9 noyabr 2024 – Tanınmış jurnalist, şair, ssenarist Zülfüqar Rüfətoğlu (Əhmədzadə; 22.6.1958 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan