8 Noyabr — xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert keçirilib.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblı (bədii rəhbər Mehdizadə Sərvan),  “Sədəf” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Mehdiyeva Qönçə,  müəllim Niftəliyev Elbrus) və solistlər, “Səda” uşaq xoru (bədii rəhbər Mehdizadə Aysel), vokal sinfi (Aslanova Leyla), folklor rəqs ansamblı (bədii rəhbərlər Zeynalova Nigar, Quliyev Məhəmməd, müəllimlər Təhməzova Günel, Cigərxanov Zeynal) iştirak edib.

Həmçinin Avropa Azərbaycan məktəbinin xor kollektivi (bədii rəhbər Əlizadə Kəmalə), eləcə də solistlər Əsgərova Mələkxanım (xanəndə), Əhmədli Gülay (xanəndə), Məmmədova Ayan (xanəndə), Qədimov Tunar (xanəndə), Dadaşlı Eynulla (xanəndə), Məmmədov Şamil (saz), Zeynallı Mikayıl (kamança), Qarayev Teymur (vokal), Tapdıqova Fəridə (Violançel), Heybətzadə Fazil (qarmon), Bayramlı Ayan (vokal), Terequlova Əminə (violin), Məmmədli Əsmanın (violin) çıxış ediblər.

Proqramda vətənpərvərlik mövzusunda mahnılar, muğam və rənglərdən, xalq mahnılarından ibarət kompozisiyalar, rəqslər təqdim olunub.

Tamaşaçılar arasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi Lalə Hüseynova, Avropa Azərbaycan məktəbinin direktoru Françesko Bançini və digər qonaqlar yer alıblar.

Tədbir çərçivəsində filarmoniyanın “Bacarıqlı əllər” rəsm dərnəyi (müəllimlər Qarayeva Günay, Teymurova Səriyyə, Mirzəliyeva Nərminə) üzvlərinin əl işlərindən ibarət “Zəfər” sərgisi də nümayiş olunub.

Konsertdə çıxış edən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Musiqi, söz və duyğuların birləşdiyi proqram həm iştirakçılara, həm də izləyicilərə xoş anlar yaşadıb. Zəfərin sevinci və Vətən sevgisi yeni nəsillərin qəlbində daim yaşayacaq.