M.T.Sidqi adina Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə bunraku üslubunda tamaşa hazırlanıb.
Bu barədə teatrdan məlumat verilib.
Bunraku – ənənəvi yapon kukla sənəti nümunəsidir, UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı siyahısına daxil edilib. Teatrda bu üslubda hazırlanan Bayram İsgəndərlinin “Özgəyə quyu qazan” tamaşasına ictimai baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Sabir Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.
***
Naxçıvan Dövlət Kukla Teatrında həmçinin 8 Noyabr – Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü münasibətilə uşaqlar arasında “Zəfərin səsi” adlı bədii qiraət müsabiqəsi təşkil edilib.
Müsabiqə qaliblərinin mükafatlandırlması mərasimi keçirilib.
Teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədov uşaqları təbrik edərək, onlara diplom və hədiyyələr təqdim edib.





















