Tarixdəki olaylar
4 noyabr 1946 – BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı olan UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) Nizamnaməsi qüvvəyə minib. UNESCO BMT-nin ən böyük xüsusiləşmiş qurumudur. Mənzil-qərargahı Parisdə yerləşir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575 – 18.8.1642) anadan olub.
4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923–2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.
4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət...”, “Yalan”) çəkilib.
4 noyabr 1967 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə SSRİ Dövlət mükafatına (Stalin mükafatı) layiq görülüb.
Hazırladı: Vüqar Orxan
						

















									




