Salyan rayon Mədəniyyət Mərkəzində Xalq şairi Rəsul Rzanın (1910–1981) anadan olmasının 115 illik yubileyinə həsr edilmiş "Nəğmələrdə yaşayan şair" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, rayonun ziyalıları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecədə Rəsul Rzanın zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafında rolu və müasir poeziyanın formalaşmasına verdiyi töhfələr barədə geniş məlumat verilib.

Mədəniyyət mərkəzinin bədii qiraətçiləri şairin poeziyasından nümunələr səsləndiriblər. Proqram solistlərin ifasında musiqi nömrələri davam edib.