Qazaxıstan Respublikasının sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulov oktyabrın 24-də Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağı qəbul edib.
Görüş zamanı Raxımjan İsakulov atası Yerjan İsakulovun müəllifi olduğu “Çingiz xanın qısa tarixi” (rus dilində; “Краткая история Шынгыз хана”), “Шынгыз хан” kitablarını, Rəşidəddin Fəzlullah Həmədaninin “Cami at-tavarix” (“Salnamələr toplusu” – rus dilində; Рашид ад-дин Фазуллах Хамадани. “Жамиг ат-тауарих”) ikicildliyini Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.
Professor Kərim Tahirov dəyərli hədiyyəyə görə qonağa təşəkkürünü bildirib, ona “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam, Azərbaycan” kitabını təqdim edib.



















