Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü Yaradıcı Mərkəzdə keçirilib.
Görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və elm və təhsil nazirinin müavini Həsən Həsənli, hər iki nazirliyin nümayəndələri iştirak ediblər.
Tədbirdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub.
İşğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşün sonunda iştirakçılar birgə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.