
Otuzdan çox pyesin, iyirmiyə yaxın kitabın müəllifi yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin oxuculara təqdim etdiyi növbəti əsəri çoxseriyalı televiziya filmi üçün nəzərdə tutulan mətndir.
Müəllifin "Cənnət qapıları" adlandırdığı 24 seriyadan ibarət bu əsər indiyədək iyirmidən artıq teatrda (o cümlədən 12-si xarici ölkələrdə) tamaşaya qoyulmuş, beynəlxalq teatr festivallarında mükafatlandırılmış "Varlı qadın" komediyasının motivləri əsasında yazılsa da, həm komediya, həm qara komediya, həm melodram, həm də gözlənilməz kəskin hadisələrlə zəngin dramatik teleserial ssenarisi kimi təqdim olunur.
Onu da qeyd edək ki, teleserial ssenarisinin kitab formatında təqdimatı ölkədə ilk təcrübədir.