Tarixdəki olaylar

 

15 oktyabr 2003 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, səsvermədə seçicilərin 71 faizi iştirak edib. Baş nazir İlham Əliyev 76,84 faiz səs qazanaraq Azərbaycanın yeni Prezidenti seçilib.

 

15 oktyabr 2008 – Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə Prezident seçilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 oktyabr 1814 – Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 – 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

 

15 oktyabr 1844 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 – 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu” və s.

 

15 oktyabr 1910 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

 

15 oktyabr 1929 – Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929–2009) anadan olub. Xəzər xaqanlığından (VIII–IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

 

15 oktyabr 1933 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Xeyrulla oğlu Babayev (1933–2012) anadan olub.

 

15 oktyabr 1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) Bakıda doğulub. Yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlar və  rəngkarlıq əsərləri ilə zəngindir. 1977–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

 

15 oktyabr 1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932 – 7.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

 

15 oktyabr 1938 – Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Nikolayevna Tanailidi (1891–1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tiflis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

 

15 oktyabr 1946 – Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas İbrahim oğlu Əliyev (1946–2008) anadan olub. 

 

15 oktyabr 1951 – Əməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov (1951 – 27.12.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

 

15 oktyabr 1988 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (14.12.1927 – 1988) vəfat edib. Sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.

 

15 oktyabr 1996 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 – 1996) vəfat edib.

 

15 oktyabr 2016 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (26.9.1936 – 2016) vəfat edib.

 

15 oktyabr 2022 – Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir Hənifə oğlu Yaqubov (25.2.1951 – 2022) vəfat edib.

 

15 oktyabr 2024 – Əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Vaqif Ənvər oğlu Əlixanlı (13.10.1943 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan