Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 31-də Xızıda vətəndaşların müraciətlərini dinləyəcək.

Xızı rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 165) saat 10:00-da keçiriləcək qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edəcək. 

Vətəndaşlar oktyabrın 23-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.