Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümü münasibətilə Gülşən Əhmədin "Gənclikdən keçən yol" kitabının təqdimatı keçirilib.
Ədəbi-bədii gecə formatında təşkil olunmuş tədbirdə təhsil və mədəniyyət işçiləri, yazarlar, rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Gülşən Əhmədin bədii yaradıcılığı və pedaqoji fəaliyyətindən söz açılıb, 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı zamanı şəhid olmuş igid Vətən övladlarına həsr olunmuş şeirlərin də yer aldığı kitabı haqqında fikirlər səslənib.
Müəllifin şeirlərinin səsləndirildiyi videoçarxlar nümayiş olunub.
Nurəddin