İtalyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının nümayişi Oman Opera Evinin 2025-2026-cı il mövsümünün proqramına salınıb.

Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin və xorunun iştirakı ilə yanvarın 29-u və 31-də təqdim olunacaq.

Bu barədə Oman Opera Evi məlumat yayıb.

Opera Davide Livermorun rejissorluğu və Fabio Mastrangelonun dirijorluğu ilə Məsqət Opera Evinin səhnəsində nümayiş etdiriləcək. Toska partiyasını Karmen Cianatazzio, sevgilisi Kavaradossi rolunu Vittorio Grigolo və Skarpia partiyasını isə Ambrogio Maestri ifa edəcəklər.

"Toska" dünyanın ən populyar on operası sırasına daxil edilib. Əsərin premyerası 1900-cü il yanvarın 14-də Romanın Teatro Kostansi opera teatrında olub.