Tarixdəki olaylar

 

9 oktyabr 1912 – “Balkan ittifaqı”nda birləşən ölkələr (Bolqarıstan, Yunanıstan, Serbiya, Çernoqoriya) Osmanlı imperiyasına qarşı müharibəyə başlayıblar. Bir neçə əsr Osmanlının tərkibində olan bu ölkələr 1877–1878-ci illərin Balkan müharibəsi nəticəsində nisbi müstəqillik əldə etmişdi. Osmanlı ikinci Balkan savaşında da məğlub oldu və 1913-cü il mayın 30-da Londonda imzalanan sülh sazişi ilə bu əraziləri itirdi.

  

9 oktyabr 1962 – Böyük Britaniyanın Şərqi Afrikadakı protektoratı olan Uqanda müstəqilliyini elan edib.

 

9 oktyabr 1991 – Ali Sovet “Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul edib. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Ordu Günü kimi qeyd olunurdu. Həmin il Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranma tarixi – 26 iyun (1918) Silahlı Qüvvələr Günü elan edildi.

 

9 oktyabr 1992 – Bakıda, “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.

 

9 oktyabr 1997 – Strasburqda Avropa Şurasının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın – GUAM qrupunun yaradılması qərara alınıb.

 

9 oktyabr 2013 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, 10 namizədin iştirak etdiyi seçkidə İlham Əliyev (YAP) 84,55% səs toplayaraq üçüncü müddətə dövlət başçısı seçilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliye Topuz (1862 – 13.7.1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

 

9 oktyabr 1926 – SSRİ Xalq artisti Yevgeni Aleksandroviç Yevstiqneyev (1926 – 4.3.1992) anadan olub. Teatr və kino yaradıcılığı ilə yanaşı, Moskva Akademik Bədaye Teatrı məktəb-studiyasında müəllim işləyib. Çəkildiyi məşhur filmlər: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

 

9 oktyabr 1940 – İngilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon; 1940 – 8.12.1980) anadan olub.

 

9 oktyabr 1980 – Fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (20.12.1925 –1980) vəfat edib. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

 

9 oktyabr 1989 – Tanınmış yazıçı, şair İsmayıl Abuzər oğlu Qarayev (5.12.1927 – 1989) vəfat edib.

 

9 oktyabr 2022 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (12.7.1940 – 2022) vəfat edib.

Hazırladı: Vüqar Orxan