İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransında (MONDIACULT 2025) iştirak edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bir sıra görüşlər keçirib. 

Sentyabrın 29-da Adil Kərimli Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.

Nazir həmkarına son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.

Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar.

Bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.